...

İlin əvvəlindən Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Dünya xəbərləri Materials 21 Sentyabr 2023 03:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azaldaraq 75,4 milyon dollara çatdırıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 43,6 faiz azalaraq 10,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti