Bakı. Trend:
İrəvanda vəziyyət kəskinləşir. Xancyan küçəsində şəhər sakinlərindən biri avtomobilini yolu bağlayan etirazçıların üstünə sürüb.
Trend xəbər verir ki, avtomobili idarə edən şəxsin Ermənistan baş naziri Paşinyanın tərəfdarı olduğu ehtimal edilib.
Həmin şəxsin bu hərəkəti aksiya iştirakçılarının qəzəbinə səbəb olub və cavabları özünü çox gözlətməyib.
Qeyd edilir ki, etirazçılar avtomobilə hücum edərək, avtomobilin şüşələrini sındırıblar.