...

Özbəkistanda köçəri vəhşi heyvan növlərinin mühafizəsi müzakirə olunacaq

Dünya xəbərləri Materials 24 Sentyabr 2023 02:29 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Səmərqənddə Vəhşi Heyvanların Köçəri Növlərinin Mühafizəsi üzrə Konvensiya (CMS COP14) Tərəflərinin Konfransının 14-cü iclası keçiriləcək.

Trend Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2023-cü ilin avqustunda Özbəkistan hökuməti və CMS Katibliyi qanadlı qar bəbirini təsvir edən tədbirin rəsmi şüarını və loqosunu təsdiqlədi. Bu yırtıcı Özbəkistanda biomüxtəlifliyin əsas növlərindən biridir və onun yaşayış sahəsi 12 ölkəni əhatə edir.

Konfrans “Təbiət sərhəd tanımır” ("Nature Knows No Borders") mövzusu altında keçiriləcək və tədbirin loqosu ilə yanaşı, köçəri növlərin səyahətlərinin siyasi sərhədləri aşdığını və onların sağ qalmasının beynəlxalq əməkdaşlıqdan və biomüxtəlifliyin qorunması üçün transsərhəd səylərdən asılı olduğunu xatırladır.

Konfransda BMT-nin Ətraf Mühit Proqramı, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nümayəndələri, Qlobal Ekoloji Fondun sədri və baş direktoru, həmçinin Konvensiyada iştirak edən ölkələrin ətraf mühit nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, belə bir tədbir Mərkəzi Asiya və MDB məkanında ilk dəfə 2024-cü il fevralın 12-dən 17-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti