Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahunun xəstəliyi səbəbindən edə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında olacaq.
Trend xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
"Bu səfərin ən uyğun zamanda baş verməsini təmin etmək üçün görüşlər davam edir. Bundan sonra cavab səfərimizi edəcəyik. Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq edirik. Yeni əməkdaşlıq sahələrinin olması da faktdır.
Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Biz bunu son iclasımızda müzakirə etdik və işə başladıq", - deyə R.T.Ərdoğan bildirib.