...

İspaniyada gecə klubunda yanğın olub, 13 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2023 21:24 (UTC +04:00)
İspaniyada gecə klubunda yanğın olub, 13 nəfər ölüb

Bakı. Trend:

İspaniyanın Mursiya şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə regional fövqəladə hallar xidmətinin saytında bildirilib.

Məlumata əsasən, hadisə ilə bağlı ilk məlumat yerli vaxtla saat 06:00 radələrində gəlib. Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın artıq söndürülüb.

“La opinión de Murcia” qəzeti bildirib ki, yanğın qısaqapanma nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti