...

Türkiyəyə məxsus yük gəmisi Qara dənizdə minaya düşdü

Dünya xəbərləri Materials 6 Oktyabr 2023 13:21 (UTC +04:00)
Türkiyəyə məxsus yük gəmisi Qara dənizdə minaya düşdü
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəyə məxsus yük gəmisi Qara dənizdə Rumıniyanın Sulina limanından 11 dəniz mili şimalında minaya düşüb.

Trend xəbər verir ki, bu barədə dənizçilik və təhlükəsizlik mənbələri xəbər verib.

Onların sözlərinə görə, heyətdən zərər çəkən olmayıb.

Partlayışdan sonra gəmi zərərin nəticələrini araşdırmaq üçün lövbər salıb. Məlum olub ki, gəmi yüngül zədələnib.

“Bosphorus Observer” konsaltinq şirkətinin prezidenti Yörük İşık gəminin Kafkametler Denizcilik ve Ticaret A.Ş.-yə aid olduğunu bildirib.

Məlumata görə, təxminən üç saat sonra gəmi hərəkətinə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti