...

İsrailə hücum nəticəsində ölən və yaralananların sayı AÇIQLANIB

Dünya xəbərləri Materials 9 Oktyabr 2023 10:42 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və HƏMAS arasındakı toqquşmalar nəticəsində zərərçəkən israillilərin sayı 2382 nəfərə yüksəlib.

Trend xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti