...

Putin MDB-də milli valyutalarla hesablaşmaları genişləndirməyə çağırdı

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 17:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

MDB ölkələri xarici təsirlərdən asılı olmamaq üçün milli valyutalarla hesablaşmalardan daha geniş istifadə etməlidir.

Trend xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə MDB sammitində çıxışı zamanı deyib.

“Biz ticarət əməliyyatlarının və investisiya axınının daha da artırılması üçün xarici təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturunun qurulmasını, həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutaların daha geniş istifadəni mühüm alət hesab edirik”, - deyə o bildirib.

Rusiyanın dövlət başçısı nəqliyyatı əməkdaşlığın digər mühüm sahəsi adlandırıb. “Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımız, o cümlədən dəmiryol şəbəkəsinin və avtomobil yollarının inkişafı barədə ətraflı müzakirə apardıq”, - deyə Vladimir Putin əlavə edib.

Onun sözlərinə görə, bu layihələr təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti