Bakı. Trend:
Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu nəticəsində azı 29 ABŞ vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
“Hazırda biz HƏMAS-ın hücumu nəticəsində 29 ABŞ vətəndaşının öldüyünü təsdiqləyə bilərik”, - deyə Amerikanın xarici siyasət idarəsi qeyd edib.
Dövlət Departamenti qurbanların kimliyi və ya ölüm şəraiti ilə bağlı məlumat verməyəcəklərini vurğulayıb: “ABŞ hökuməti vətəndaşlarının harada olduğunu müəyyən etmək üçün gecə-gündüz işləyir və İsraillə kəşfiyyat məlumatlarının mübadiləsini aparır”.