Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts yaxın günlərdə İsrailə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
O.Şoltsun İsrailə həmrəylik səfəri edəcəyini deyən nəşrin məlumatına görə, səfər oktyabrın 17-də baş tuta bilər.
Qeyd edək ki, bu yaxında Almaniyanın xarici işlər naziri Annalena Berbok da İsrailə səfər edərək bir sıra hökumət rəsmiləri ilə, o cümlədən, HƏMAS qurbanlarının və HƏMAS tərəfindən əsir götürülən şəxslərin ailələri ilə görüşüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.