...

Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 17:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 7-dən bu günə qədər Qəzzada ölən fələstinlilərin sayı 4385 nəfərə çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Yaralıların sayının isə 13561-ə çatdığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Xəbər lenti

Xəbər lenti