...

Rusiya BMT TŞ-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı yeni iclasını cağıracaq

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 19:14 (UTC +04:00)
Rusiya BMT TŞ-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı yeni iclasını cağıracaq

Bakı. Trend:

Rusiya Fələstin-İsrail münaqişəsinin həllini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) yeni iclasını keçirmək üçün müraciət edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"Biz mütləq Təhlükəsizlik Şurasının yeni iclasını çağıracağıq. Təcrübə göstərdiyi kimi, bizdən başqa heç kim buna cürət etmir", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti