Bakı. Trend:
Nepalın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.
Məlumata görə, təbii fəlakətin mənbəyi 24,7 kilometr dərinlikdə olub. Zəlzələnin episentri Bharatpur kəndindən 35 km şimal-şərqdə yerləşib.
Hazırda seysmik hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.