Bakı. Trend:
ABŞ Yaxın Şərqə daha 900 hərbçi göndərir.
Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Pentaqonun mətbuat katibi Patrik Rayder.
"Mən təsdiq edə bilərəm ki, [Yaxın Şərqdə] qüvvələrin yerdləşdirilməsinə dair ilk dəfə elan etdiyimizdən bəri, təxminən 900 əlavə qoşun ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına yerləşdirilib və ya hazırda yerləşdirilir", - deyə o bildirib.
P.Rayder qeyd edib ki, onlar əsasən hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin operatorlarıdır.