Bakı. Trend:
İsrail ordusu Qəzza zolağına əlavə qüvvələr daxil edib.
Trend xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
“Əlavə piyada, zireh və mühəndis bölmələri koordinasiyalı yerüstü, hava və dəniz əməliyyatlarını tam güclə davam etdirmək üçün Qəzzaya daxil olur”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.