...

İran prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 1 Noyabr 2023 15:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyin Əmir Abdullahianla birgə mətbuat konfransında deyib.

Qəzzadakı hadisələri qiymətləndirən Hakan Fidan münaqişə iştirakçılarını davamlı sülhə çağırıb.

"Bunun region ölkələrini təsiri altına alacaq müharibəyə çevrilməsini istəmirik", - o deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Türkiyədə səfərdədir. İranlı nazir bundan əvvəl Dohaya səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti