Bakı. Trend:
Moskva Ermənistanın Maltada keçirilən Ukrayna üzrə konfransda iştirakını nümayişkaranə anti-Rusiya jesti hesab edir.
Trend cümə axşamı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Maltada "Kopenhagen formatında" görüşdən bəhs edirsinizsə, bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti hesab edirik", - deyə Zaxarova jurnalistin sualına cavab olaraq bildirib.
"Ermənistan hazırki rəhbərliyinin məqsədyönlü şəkildə və inadla müttəfiqlik əlaqələrimizi pozduğunu görmək təəssüf doğurur", - Rusiya XİN nümayəndəsi deyib.