...

Qəzzada telekommunikasiya xidmətləri və internet əlaqələri qismən bərpa edilib

Dünya xəbərləri Materials 18 Noyabr 2023 01:49 (UTC +04:00)

Bakı. Trend:

Qəzza zolağına yanacaqla işləyən generatorlar çatdırıldıqdan sonra bəzi ərazilərdə telekommunikasiya xidmətləri və internet əlaqələri qismən bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə “Paltel” və “Jawwal” telekommunikasiya şirkətləri məlumat yayıb.

“Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əsas şəbəkəmizin generatorlarını işə salmaq üçün məhdud miqdarda yanacaq təqdim etməsindən sonra Qəzza zolağının müxtəlif ərazilərində rabitə xidmətlərinin (stasionar, mobil və internet) qismən bərpa olunduğunu elan etmək istərdik.” - şirkətlərin sosial şəbəkə hesablarında dərc edilmiş bəyanatda deyilir.

Noyabrın 16-da “Paltel” və “Jawwal” yanacaq çatışmazlığı səbəbindən Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti