Bakı. Trend:
ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevə əlavə hərbi yardım paketi ayrıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, hərbi yardım paketinin məbləği 100 milyon dollar təşkil edir.
Bildirilib ki, paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq.