...

İranda zəlzələ nəticəsində xəsarət alanlar var

Dünya xəbərləri Materials 21 Noyabr 2023 09:19 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda baş verən zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Zahidan şəhəri Xatəmül-Ənbiya xəstəxanasının rəhbəri Məhəmməd Rza Miradi deyib.

M.Miradinin sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alanların vəziyyəti qənaətbəxşdir. Əsasən mənzilləri tərk edərkən xəsarət alıblar.

Qeyd edək ki, ötən gecə yerli vaxtla 01:14-də Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 10 km dərinlikdə 4,7 bal gücündə zəlzələ baş verib.

Xəbər lenti

Xəbər lenti