...

Rusiyada 2 milyona yaxın əhali işıqsız qalıb

Dünya xəbərləri Materials 27 Noyabr 2023 17:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyon insan işıqsız qalıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Energetika Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Bərpa işlərinə çox sayda əməkdaş və xüsusi texnikanın cəlb olunduğu qeyd olunub. Əlverişsiz hava şəraiti bərpa işlərinə çətinlik yaradıb.

Ötən gecə və səhər saatlarında qasırğa Rusiyanın Qara dəniz sahillərində güclü daşqınlara səbəb olub. Ən azı dörd nəfər ölüb, onlarla insan xəsarət alıb. Evlərə ziyan dəyib, elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti