...

Rusiyanın taxıl anbarında 15 ton toxumluq məhsul yanıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 06:33 (UTC +04:00)
Rusiyanın taxıl anbarında 15 ton toxumluq məhsul yanıb

Bakı. Trend:

Çelyabinsk vilayətində taxıl anbarında baş verən yanğın nəticəsində toxumluq məhsul yanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə noyabrın 27-də Varna bölgəsindəki taxıl anbarında baş verib, taxıl quruducusu yanıb. “Yanğın nəticəsində 10 kvadratmetr sahədə taxıl quruducusu yararsız hala düşüb, 15 ton toxumluq məhsul məhv olub”, -deyə məlumatda bildirilir.

Yanğın yerinə 9 yanğınsöndürən və 3 ədəd xüsusi texnika cəlb olunub. Ölən və yaralanan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti