...

Qərb bu ölkələrə Rusiyaya görə təzyiq edir

Dünya xəbərləri Materials 2 Dekabr 2023 09:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Avropa Birliyi (AB) və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.

Trend bu barədə “Röyters”ə istinadən xəbər verir.

Məlumata görə, üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar yer alıb.

Bundan başqa, sözügedən ölkələrdən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi də tələb edilib.

Xatırladaq ki, AB-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti