...

İranın xarici işlər naziri Rusiyaya səfərə gedib

Dünya xəbərləri Materials 4 Dekabr 2023 23:46 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfərə gedib.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi xəbər verib.

Nazirin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi bildirilib. Qeyd olunub ki, onun rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti