...

Türkiyə və Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı

Dünya xəbərləri Materials 7 Dekabr 2023 18:28 (UTC +04:00)
Türkiyə və Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində imzalanıb.

Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasə əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürür.

Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti