Bakı. Trend:
ABŞ Dövlət Departamenti Konqresdən İsrailə "Merkava" tankları üçün 45 min mərmi satmağa razılıq istəyib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ rəsmisi və ölkənin keçmiş məmuruna istinadən bildirib.
Qeyd olunub ki, mərmilər İsrailin Qəzza zolağında "HƏMAS" hərəkatına qarşı hərbi əməliyyatında istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.