...

Baydenin milli təhlükəsizlik üzrə müşaviri İsrailə səfər edəcək

Dünya xəbərləri Materials 11 Dekabr 2023 06:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” mənbələrə istinadən xəbər verib.

Səfər zamanı Ceyk Sallivan Qəzza zolağına humanitar yardımın artırılmasını müzakirə edəcək.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər lenti

Xəbər lenti