Bakı. Trend:
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 13,5 milyard dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,6 faiz azdır”, – deyə məlumatda deyilir.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.