Bakı. Trend:
Qərbin əsas prioriteti Rusiyanın MDB ölkələri ilə əməkdaşlığını pozmaqdır.
Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında hökumət saatında çıxışında deyib.
"Qərbin əsas narahatlığı və əsas anti-Rusiya enerjisi, əlbəttə ki, postsovet məkanında cəmləşib. Onların prioriteti keçmiş Sovet İttifaqı respublikaları arasında əlaqələri, bu xalq-təsərrüfat kompleksini, həmçinin, vahid olan hüquq-mühafizə sistemini, ümumi təhlükəsizlik sistemini pozmaqdan ibarətdir", - o deyib.
Lavrovun sözlərinə görə, Qərb institutları və qeyri-hökumət təşkilatları, bütün demokratiya fondları bu sahələrdə öz donor proqramlarını tətbiq etməyə çalışırlar.
"Biz bu barədə müttəfiqlərimizlə açıq şəkildə danışırıq. Qiymətləndirmələrimizə görə, onların böyük əksəriyyəti Qərbin niyyətini çox gözəl bilir", - Lavrov deyib.