Bakı. Trend:
Ermənistan-Rusiya münasibətləri sınaqdan keçir.
Trend erməni telegram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Ovannisyan deyib.
Erməni deputatın sözlərinə görə, bu üçüncü tərəflərin təsiri ilə əlaqəli deyil.
"Bu kontekstdə Ermənistan-Rusiya münasibətləri sınaqdan keçir. Təfərrüata varmaq lazım gələrsə, aramızda mövcud olan razılaşmalar bir sınaqdır.
Həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə də danışmaq olar. Çünki orada da razılaşmalar və yerinə yetirilməmiş öhdəliklər mövcuddur", - deyə Ovannisyan qeyd edib.