Bakı. Trend:
Putinin seçki qərargahı işə başlayıb.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir ki, qərargahın həmsədrlərinin müxtəlif sosial qrupları təmsil etməsi barədə qərar qəbul olunub.
Belə ki, qərargaha "DXR" spikeri Artyom Joqa, aktyor Vladimir Maşkov və həkim Maryana Lısenko sədrlik edəcəklər.
Qeyd edək ki, Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.