...

Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 Dekabr 2023 09:05 (UTC +04:00)
Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Çili sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti