...

Belqradda müxalifətçilər şəhər administrasiyasının binasına basqın ediblər

Dünya xəbərləri Materials 24 Dekabr 2023 23:49 (UTC +04:00)
Belqradda müxalifətçilər şəhər administrasiyasının binasına basqın ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar.

Bu barədə Trend “TASS”a istinadən xəbər verir.

Nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atmağa başlayıblar.

Eyni zamanda müşahidə kameralarını da məhv edilib. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Yerli mətbuat isə bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti