Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının "Ali Xebat" kod adlı terrorçusu Erdinç Bolcalı Süleymaniyədə həyata keçirilən əməliyyatla zərərsizləşdirib.
Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Erdinç Bolcal terror təşkilatının Şilan Quyi "akademiyasının" "məsul şəxsi" olub. Belə ki, Bolcal İraqda PKK terrorçuları üçün ideoloji və hərbi təlimlər keçib.