Bakı. Trend:
Şimali Koreya gələn il daha üç kəşfiyyat peyki buraxmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Orada vurğulanır ki, KXDR lideri Kim Çen In müvafiq planları Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin iclasında açıqlayıb. O, ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli əməkdaşlığı tənqid edərək, bunun “Koreya yarımadasındakı vəziyyəti təhlükəli vəziyyətə apardığına” əminliyini ifadə edib.
Noyabrın 21-də Şimali Koreya Mulligyong-1 adlı ilk kəşfiyyat peykini orbitə çıxarıb. Dekabrın 2-də KXDR kəşfiyyat peykinin istismarı şöbəsi işə başlayıb. Sınaq əməliyyatı çərçivəsində peyk Ağ Evin, Pentaqonun, eləcə də ABŞ, Koreya Respublikası və Yaponiyanın bir sıra hərbi obyektlərinin görüntülərini ötürüb.