...

İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alınıb

Dünya xəbərləri Materials 3 Yanvar 2024 19:50 (UTC +04:00)
İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin şimalındakı Norrbotten bölgəsində temperatur mənfi 43,6 dərəcə olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu, İsveçdə son 25 ildə yanvarda qeydə alınan ən aşağı temperaturdur.

"Bu, 1888-ci ildə ölçmələr başlayandan bəri ən aşağı temperaturdur", - meteoroloq Viktor Berqman SVT televiziyasına müsahibəsində deyib.

Qeyd edilib ki, soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə yerdə qatar və avtobus marşrutları ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti