...

ABŞ İranı "St Nikolas" neft tankerini azad etməyə çağırıb

Dünya xəbərləri Materials 11 Yanvar 2024 22:15 (UTC +04:00)
ABŞ İranı "St Nikolas" neft tankerini azad etməyə çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.

Xatırladaq ki, bundan əvvəl İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Amerika neft tankerinin ələ keçirildiyi barədə məlumat vermişdi. Bildirilib ki, gəmi məhkəmə əmri ilə, hər hansı izahat olunmadan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti