Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Kirman vilayətində ordunun təlim mərkəzində silahlı insident baş verib.
Trend-in məlumatına görə, bunu İran ordusu cənub-şərqi regional qərargah rəisi briqada generalı Əmir Qolaməlian deyib.
Onun sözlərinə görə, əsgərlərdən biri naməlum səbəbdən əsgərlərə doğru atəş açıb, nəticədə 5 nəfər ölüb.
Qolaməlian əlavə edib ki, hadisəni törədən əsgər hadisə yerindən qaçıb və onun tapılması üçün axtarışlar davam etdirilir.