Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi yanvarın 11-də Somali sahillərində Ədən körfəzində yoxa çıxan ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgərini ölü hesab edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir.
“Təəssüflə bildiririk ki, 10 gün davam edən hərtərəfli axtarışdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin iki xüsusi təyinatlı əsgəri tapılmayıb və onlar indi ölü hesab edilir”, - sənəddə bildirilir.