Bakı. Trend:
Monqolustanın paytaxtı Ulan-Batorda güclü partlayış baş verib.
Trend xəbər verir ki, 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində Dünjinqarav bazarı və bir neçə avtomobil yanıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, onlarla insan yaralanıb.