Bakı. Trend:
Birləşmiş Ştatlar Amerika hərbçilərinə hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
“İranın dəstəklədiyi qüvvələr ABŞ hərbi personalına qarşı davam edən hücumlara görə məsuliyyət daşıyır və biz ABŞ-ı və qüvvələrimizi lazımi vaxtda və lazımi şəkildə qorumaq üçün ciddi addımları atacağıq. ABŞ Yaxın Şərqdəki qüvvələrinə hücumlara dözməyəcək və hərəkətə keçəcək”, - Pentaqon rəisi deyib.
Qeyd edək ki, yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər yaralanıb.