Ermənistanda baş nazir Nikol Paşinyana etimad səviyyəsi azalıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Belə ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının respublikadakı nümayəndəliyinin keçirdiyi sorğunun məlumatları sübut edir.
Araşdırmalara əsasən, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə qətiyyən etibar etmir (2023-cü ilin noyabrında 35,5% idi), 15,1%-i Paşinyana tam etibar edir (noyabrda 20,4% idi).
Sorğu iştirakçılarının 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilə bilməyəcəyini, 34,2%-i onun bəzi müddəalarının dəyişdirilməsinə icazə verdiyini, 13,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə olduğunu qeyd edib.