...

Nyu-Yorkda 70 məmur korrupsiya ittihamı ilə həbs edildi

Dünya xəbərləri Materials 8 Fevral 2024 14:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York şəhər mənzil-tikinti idarəsinin (New York City Housing Authority) onlarla əməkdaşı və podratçısı həbs edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyi tarixində korrupsiyaya qarşı ən böyük kampaniyalardan biridir.

Saxlanılan 70 nəfər mənzil-tikinti idarəsinin obyektlərində müxtəlif korrupsiya və geri ödəmə sxemlərinin təşkilində ittiham olunur. Günahları sübuta yetiriləcəyi təqdirdə onları 10-20 il həbs cəzası gözləyir.

İstintaqın məlumatına görə, cinayətkarlar açıq tender tələb etməyən və müxtəlif layihələr üzrə ümumi həcmi 13 milyon dollarlıq müqavilələrə görə 2 milyon dollardan çox qanunsuz qazanc əldə ediblər. Geri ödəmə sxemləri arasında, həmçinin ictimai mənzil layihələrində tikinti və texniki xidmət üzrə müqavilələr də var.

Telekanal qeyd edir ki, Nyu-York şəhər mənzil-tikinti idarəsinin mənzillərində 300 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti