...

Xəzər dənizində ölkəmizin payı haqda qəti razılaşma olmayıb - İranın vitse-prezidenti

Dünya xəbərləri Materials 14 Fevral 2024 12:39 (UTC +04:00)
Xəzər dənizində ölkəmizin payı haqda qəti razılaşma olmayıb - İranın vitse-prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Xəzər dənizində payı haqda qəti razılaşma heç vaxt olmayıb.

Trend-in məlumatına görə, bunu İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

M.Dehqanın sözlərinə görə, İran Xəzər dənizinin hüquqi statustunun qətiliəşməsi üçün bu qənaətdədir ki, ilk öncə Xəzəryanı ölkələrin İranın təsbit olunan başlanğıc xəttini (baseline) qəbul etsinlər. Bu birbaşa başlanğıc xətti İran üçün önəmlidir.

Dehqan əlavə edib ki, yalnız bundan sonra İranın Xəzər dənizindəki payının müəyyənləşməsindən söhbət gedə bilər.

Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.

Qeyd edək ki, 2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində ölkə başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.

Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti