...

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 20 Fevral 2024 11:21 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini 24 fevral 2025-ci ilədək uzadıb.

Trend xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.

Məlumatda Aİ-nin Rusiyaya qarşı hazırkı bütün sanksiyalarını qüvvədə saxlamağın və lazım gələrsə, əlavə tədbirlər görməyin məqsədəuyğun olduğu qeyd edilib.

Qeyd edək ki, bu il yanvarın ortalarında Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb. "Bloomberg" agentliyinin məlumatına görə, yeni sanksiyalar paketinin fevralın 24-dək qəbul olunması planlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti