Bakı. Trend:
Türkiyə ordusu İraq və Suriyanın şimalı daxil olmaqla son bir həftədə 60 terrorçunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.
Məlumata görə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 458-ə çatıb. Onlardan 184-ü İraqın şimalında, 274-ü isə Suriyanın şimalında məhv edilib.