...

ABŞ kosmik aparatı son 50 ildə ilk dəfə Aya eniş edib

Dünya xəbərləri Materials 23 Fevral 2024 12:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Intuitive Machines” kompaniyasının kosmik gəmisi 50 ildən sonra Ay səthinə enən ilk Amerika aparatıdır.

Trend NASA-nın saytına istinadla xəbər verir ki, “Odissey” adlı aparat Ayın Cənub Qütbünə enib.

O, NASA-nın texniki avadanlıqlarını və digər kommersiya yüklərini Aya çatdırıb.

“Odissey” ötən həftənin cümə axşamı “SpaceX” kompaniyasının “Falcon 9” raketi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb. Bu,“Intuitive Machines”in Ay səthinə ilk robot uçuşudur. Kod adı IM-1 olan missiyanın Ayda 14 gün fəaliyyət göstərəcəyi gözlənilir.

NASA-nın məlumatına görə, eniş aparatı, həmçinin dəqiq eniş texnologiyalarının, rabitə və naviqasiya qovşağının imkanlarını sınaqdan keçirəcək.

Qeyd edək ki, ABŞ-nin Aya son eniş missiyası 1972-ci ilin dekabrında, “Apollon” proqramı çərçivəsində baş tutmuşdu.

Xəbər lenti

Xəbər lenti