...

Almaniyanı tərk edən ukraynalı qaçqınların sayı açıqlanıb

Dünya xəbərləri Materials 26 Fevral 2024 06:30 (UTC +04:00)
Almaniyanı tərk edən ukraynalı qaçqınların sayı açıqlanıb

Bakı. Trend:

Almaniyadakı ukraynalı qaçqınların sayı 300 min nəfərdən çox azalıb.

Trend xəbər verir ki, bu barədə Qərb mediası ölkədəki əcnəbilərin mərkəzi reyestrinə istinadla məlumat yayıb.

Hazırda Almaniyada 1,13 milyon ukraynalı qaçqının olduğu bildirilir. Eyni zamanda, qeyd edilir ki, 2022-ci ilin fevralından 2024-cü il yanvarın ortalarına qədər Almaniyaya gələn qaçqınların 307 min nəfəri ölkəni tərk etdiyi, yaxud həyatını itirdiyi üçün reyestrdə yer almayıb.

AFR-də 2022-ci ildən bəri əmək qabiliyyətli ukraynalıların yalnız 21 faizi iş tapa bilib. Federal Məşğulluq Agentliyinin məlumatına görə, yanvarda 206 minə yaxın ukraynalı işsiz kimi qeydiyyata alınıb. Bu, dekabr ayı ilə müqayisədə 4,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti