Bakı. Trend:
Ukraynanın Odessa şəhərinə PUA hücumu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, PUA hücumu nəticəsində bir hissəsi dağılan çoxmərtəbəli yaşayış binasının daha 7 sakini dağıntıların altında qalıb, onlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb.
Nazir xilasetmə işlərinin davam etdiyini bildirib.