Bakı. Trend:
Türkiyənin Rize vilayətində yanğın zamanı 20 hektar ərazi külə dönüb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, baş verən meşə yanğını beş saat ərzində söndürüldü.
Xəbərdarlıq üzərinə bölgəyə xilasetmə qrupları cəlb edilib.
Məlumat üçün qeyd edək ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.